"Jurnalistlər bizimlə paltardəyişmə otağında olmurlar, meydana çıxmırlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında Azərbaycan millisində mükafat davası etdiyinə dair xəbərlərə aydınlıq gətirərkən deyib.
30 yaşlı yarımmüdafiəçi belə bir halın baş vermədiyini bildirib: "Bu barədə məlumat almaq istəyirsinizsə, komanda yoldaşlarımızdan, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan, hətta millinin baş məşqçisindən soruşa bilərsiniz".
İsrafilov qarşıda duran əsas vəzifələrindən birinin yığmaya yenidən qayıtmaq olduğunu söyləyib: "Son vaxtlar milli komandanın oyunlarında iştirak etməsəm də, baş məşqçi mənimlə müntəzəm əlaqə saxlayırdı, danışıqlarımız olurdu. Tezliklə öz formamı bərpa edib həm "Neftçi"yə, həm də Azərbaycan millisinə kömək etmək istəyirəm. Yığmaya qayıtmaq üçün əlimdən gələni edəcəyəm".