Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi "Reyms"ə qarşı Fransa Liqa 1-in XXII tur oyununda iştirak edə bilər.
Sportnet.az "RMC Sport"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu koronavirusdan tam sağalıb.
Məşqçilər korpusu argentinalı oyunçunun hazırkı formasından razıdır.
Qeyd edək ki, PSJ - "Reyms" matçı yanvarın 23-də olacaq. Messi cari mövsüm Paris təmsilçisində 16 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.