“İspaniya ilə oyuna hazırlığımız davam edir".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.
Təcrübəli qolkiper ilk matçda Gürcüstana məğlub olduqlarını xatırladıb: "Təbii ki, belə olmasını istəməzdik. Bərabər səviyyədə keçən bir oyun idi. Sonda penaltidən buraxdığımız qolla uduzdyq. Artıq bu oyunu yaddan çıxarmağa çalışırıq. Qarşıda İspaniya millisi ilə oyun var. Bu komanda nəinki bizim qrupun, hətta turnirin əsas favoriti hesab olunur. Bu rəqiblə oyuna ciddi hazırlaşırıq. Asan təslim olmayacağıq, öz oyunumuzu oynayacağıq. Hələ qrupdan çıxmaq şansımız var. Müharibə davam edir. Sonadək mübarizə aparacağıq. Azərbaycan xalqını, millətimizi sevindirməyə çalışacağıq”