
İngiltərənin "Hall Siti" futbol komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb. 48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb.
Qeyd edək ki, "Hall Siti" İngiltərənin səviyyəcə ikinci sayılan Çempionşipində 27 oyundan sonra 19-cu pillədə qərarlaşıb. Klub türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur. Şota Arveladze Türkiyədə "Trabzonspor", "Kayserispor" və "Kasımpaşa"nın baş məşqçisi olub. O, 6 il əvvəl "Neftçi" ilə danışıqlar aparsa da, razılıq əldə olunmayıb.