
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4:2 hesablı qələbə qazanıb.
Yığmanın heyətində qolları 7-ci dəqiqədə Bolinya, 11-ci dəqiqədə Eduardo Borges, 33-cü dəqiqədə Rafael Vilela və 40-cı dəqiqədə Qallo vurublar. Rəqibdən isə 12-ci dəqiqədə Anel Radmiloviç və Nermin Kahvedziç fərqlənib. Joze Alesionun komandasında Felipinyo 30-cu dəqiqədə ikinci sarı vərəqəni görərək meydandan qovulub.
Qalibiyyətə baxmayaraq, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb. Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.
----------------------------
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkəcək. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Görüşün baş hakimi isveçrəli Daniel Matkoviç olacaq.
İlk 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşan Azərbaycan yığması 1/8 finala yüksəlmək üçün rəqibini böyük hesablə məğlub etməlidir. Amma bu nəticə də milli komandanı qrupdan çıxarmaya bilər. Joze Alesionun komandasının mübarizəni davam etdirməsi üçün qrupun digər oyununda Gürcüstan seçməsi İspaniyaya qalib gəlməlidir. Əks halda, pley-off məhz bu iki kollektiv adlayacaq.
Avropa çempionatı
D qrupu, III tur
29 yanvar
20:30 Azərbaycan - Bosniya və Herseqovina - 4:2 (İKİNCİ HİSSƏ)
Qollar: Bolinya, 7. Eduardo Borges, 11. Rafael Vilela, 33. Qallo, 40 - Anel Radmiloviç, 12. Nermin Kahvedziç, 32
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. "Ziggo Dome"
20:30. Gürcüstan - İspaniya - 0:8
Xal durumu: Gürcüstan - 6. İspaniya - 4. Azərbaycan - 1. Bosniya və Herseqovina - 0.
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.