"Xəzər Lənkəran”ın futbolçuları və baş məşqçisinə təbrik düşür. Çünki onlar gənc olmalarına baxmayaraq, bizimlə ayaqlaşırdılar". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra deyib.
O, 2:0 hesabı ilə qalib gəldikləri ev oyununda rəqibin səhvlərindən yararlandıqlarını bildirib. Buna baxmayaraq, gürcüstanlı mütəxəssis Lənkərandakı cavab oyununun çətin olacağını söyləyib: "Xüsusən də, oyunun əvvələri çətin keçəcək”.
Tsxadadze Azərbaycan Kubokunda qızğın mübarizənin getdiyini də vurğulayıb: "Hər zaman kubok oyunu çempionat oyunundan fərqlənir. Kubok titula gedən ən qısa yoldur. Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər. Amma Azərbaycanda bu, belə deyil. Qızğın mübarizə gedir".