AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, avstriyalı funksioner Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Atalanta" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, görüş fevralın 24-də gerçəkləşəcək.