
UEFA Almaniyanın "Leyptsiq" və Rusiyanın "Spartak" (Moskva) komandaları arasında keçirilməli olan Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarını ləğv edib.
Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, Moskva klubuna texniki məğlubiyyət verilib, Bundesliqa təmsilçisi isə birbaşa 1/8 finala yüksəlib.
Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən qəbul olunub. Rəsmi açıqlamanın gün ərzində veriləcəyi gözlənilir.
"Leyptsiq"in prezidenti Oliver Mintslaff UEFA ilə sıx əlaqədə olduqlarını və matçların ləğv ediləcəyinə inandığını bildirib.
Qeyd edək ki, "Leyptsiq" və "Spartak" arasında qarşılaşmalar martın 10-u və 17-də baş tutmalı idi.