"Neftçi İK" və "Xilə" klubları arasında futzal üzrə Azərbaycan Yüksək Liqasının XIV tur matçı yarımçıq dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, buna qonaq komandanın qapıçısı İmran Məhərrəmovun zədələnməsi səbəb olub.
2-ci dəqiqədə xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib. "Xilə"nin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı dayandırıblar.
Görüşün nəticəsi barədə AFFA İntizam Komitəsi qərar verəcək.