"Qəbələ" İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi “Kəhriz Su” ilə əməkdaşlığa başlayıb. Şirkət “qırmızı-qaralar”ın su tərəfdaşı olacaq.
Razılaşma 2022/23 mövsümünün sonunadək nəzərdə tutulub. “Kəhriz Su” bu müddətdə "Qəbələ"nin bütün komandalarını içməli su ilə təmin edəcək.
Əsas komandanın oyun formalarının qolunda şirkətin loqosu əks olunacaq. Qəbələ şəhər stadionunda “Kəhriz Su” reklam bannerləri yer alacaq.