"Qarabağ" klubundan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan "Turan"ının düşərgəsinə qoşulub.
Bu barədə Sportnet.az-a Türkünstan şəhəri təmsilçisinin məşqçisi Vaqif Cavadov məlumat verib.
Qazaxıstan Premyer Liqasında yeni mövsümə martın 5-də start veriləcək. "Turan" həmin gün "Taraz"ı qəbul edəcək.