"Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra deyib.
O, məğlubiyyətə rəğmən, arxa xətdən razı qaldığını bildirib: "Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır".