AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqanın oyunlarında baş vermiş hüquq pozuntuları ilə əlaqədar cəzalar tətbiq edib.
Sportnet.az-ın məlumatına görə, “Neftçi” IK ilə səfər matçında “Ekol”un futzalçısı Namiq Məmmədkərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib.
“Baku Fire” ilə ev qarşılaşmasının 15-ci dəqiqəsində “Alyans”ın futzalçısı Elşən Veysoyev komanda yoldaşını təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Veysoyev 3 oyunluq cəza alıb.
“U 19”la səfər matçına isə “Xilə” FK təyin olunan vaxtda gəlməyib. İntizam Komitəsi "Xilə"yə 0:5 hesablı texniki məğlubiyyət verib.