Ukrayna millisinin və "Səbail"in sabiq qapıçısı Aleksandr Rıbka Türkiyənin "Boluspor" klubuna keçib.
Sportnet.az I Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Təcrübəli oyunçunun son klubu Ukrayna "Metallist"i olub.
Qeyd edək ki, Aleksandr Rıbka 2019/2020 mövsümündə "Səbail"in formasını geyinib.