
UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığması erməni baş məşqçiyə həvalə oluna bilər.
Sportnet.az "KazFootball" nəşrinə istinadən xəbər verir ki, Qriqori Babayana yığmanın sükanı arxasına keçməsi təklif olunub.
42 yaşlı mütəxəssis təklifi nəzərdən keçirir. Qazaxıstan Futbol Federasiyası hazırkı baş məşqçi Andrey Karpoviçin müqaviləsini uzatmaq fikrində deyil.
Qriqori Babayan 2008 - 2014-cü illərdə Qazaxıstan millisində məşqçilər korpusunda yer alıb. Hazırda Rusiyanın MOİK klubunda köməkçi məşqçi funksiyasını yerinə yetirən Babayanın sözləşməsi mayın sonunda başa çatacaq.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.