"Qarabağ"ın futbolçusu Xayme Romero uzun fasilədən sonra komanda ilə məşqlərə başlayıb.
Sportnet.az xəbər verir ki, zədəsini sağaldan ispaniyalı yarımmüdafiıəçi artıq kollektiv hazırlıqda iştirak edir.
32 yaşlı oyunçunun tam olaraq sıraya qayıtması üçün isə daha bir neçə gün lazım olacaq.
Qeyd edək ki, Xayme Romero "Qarabağ"ın ötən il sentyabrın 16-da İsveçrədə "Bazel"ə qolsuz heç-heçə etdiyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda zədələnmişdi.