AFFA İntizam Komitəsi "Xilə" komandasını futzal üzrə Azərbaycan Yüksək Liqasından kənarlaşdırıb.
Sportnet.az-ın məlumatına görə, buna komandanın "Ekol"la oyuna vaxtında gedə bilməməsi səbəb olub.
"Xilə" çempionatın təqvim oyununa üzürlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət veriləcək.