Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın qollarını 40-cı dəqiqədə Zurab Oçiqava, 58-ci dəqiqədə Coy Lens-Mikels, 90+5-ci dəqiqədə isə Xulio Sezar Rodriges vurub. "Qartallar"ın yeganə qoluna 48-ci dəqiqədə Hamidu Keyta imza atıb.
Xallarının sayını 32-ə çatdıran "Sabah" 5-ci, 36 xala malik "Zirə" isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib. XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
--------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçında "Şamaxı" və "Neftçi" komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb - 1:0.
Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.
Bununla da "Neftçi" xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik "Keşlə" isə 6-cı mövqedə qalıb.
----------------
Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.
Turun açılış matçı Şamaxıda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası son çempion "Neftçi"ni qəbul edəcək. Bu, bölgə təmsilçisinin yeni adla çempionatda ilk matçı olacaq.
Hazırda "Neftçi" 38 xalla 2-ci, "Şamaxı" 20 xalla 6-cı pillədə qərarlaşıb. Görüş tərəflərin ölkə çempionatlarındakı 70-ci oyunu olacaq. Əvvəlki 69 qarşılaşmanın 38-də paytaxt klubu, 16-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 111:67.
Günün ikinci matçı paytaxta olacaq. 29 xalla 5-ci sırada yer alan "Sabah" 36 xalla 3-cü yerdəki "Zirə"ni qəbul edəcək. Premyer Liqadakə 14 qarşılaşmanın 5-də meydan sahibləri, 4-də "qartallar" meydanı 3 xalla tərk edib. Topların nisbəti bərabərdir - 19:19.
Azərbaycan Premyer Liqası, XXII tur
9 aprel (şənbə)
14:00. “Şamaxı” – “Neftçi” - 1:2
Qollar: Rəhman Hacıyev, 10 - Tiaqo Bezerra, 60. Ramon Maçado, 72
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.
17:00. “Sabah” – “Zirə” - 3:1
Qollar: Zurab Oçiqava, 40. Coy Lens-Mikels, 58. Xulio Sezar Rodriges, 90+5 - Hamidu Keyta, 48
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bank Respublika Arena
Qeyd edək ki, XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.