Almaniyanın "Borussiya" (Dortmund) komandası Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə xeyriyyə oyunu keçirəcək.
Sportnet.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma aprelin 26-da olacaq.
"Borussiya" hazırda görüşün başlama saatını UEFA ilə müzakirə edir. Klub rəhbərliyi matçdan əldə edilən gəliri yardıma ehtiyacı olan ukraynalılara yönəldəcək.
Qeyd edək ki, bu gün Donetsk “Şaxtyor”u Yunanıstanda "Olimpiakos"la xeyriyyə qarşılaşması keçirəcək. "Dinamo" aprelin 14-də Türkiyə "Qalatasaray"ı ilə üz-üzə gələcək.