"Şamaxı" və "Neftçi" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXII tur oyunundan əvvəl 2 futbolçu karyeralarını rəsmən başa vurub.
Sportnet.az-ın məlumatına görə, bunlar meydan sahiblərinin oyunçuları Rail Məlikov və Ruslan Əmircanovdur.
Klub prezidenti Zaur Axundov onlara xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.