
"Sumqayıt" klubunun yeni mövsümə hazırlıq planı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, komanda üzvləri iyunun 23-də bir araya gələcəklər.
Hazırlığın ilk mərhələsi elə "gənclik şəhəri"ndə olacaq. Toplanışa ilk günlərdən yerli oyunçular qatılacaqlar. Sonradan baxışa bir neçə legioner gələcək. Onlardan 2-nin Azərbaycan əsilli iranlı və 1-nin Türkiyə əsilli isveçrəli olduqları bildirilir.
Hazırlığın növbəti mərhələsi iyulun 15-də başlanacaq və qardaş ölkədə olacaq.