"İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "ağ-qaralar"a məğlub olan "təyyarəçilər"in baş məşqçisi ilk hissədə oyunçularda həyəcan olduğunu bildirib: "Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu oyunçunu söyüb 3 oyun cəza alırsa, hakimi söyən oyunçu da cəzalandırılmalıdır. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”.
Qeyd edək ki, "Neftçi" AZAL-la keçirilən 2 oyunun nəticəsinə görə yarımfinal mərhələsinə vəsiqə qazanıb - 0:0, 1:0.