Bakının
"İnter” klubu bu gün təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib. Klub
prezidenti Georgi Nikolovun Sportnet.az-a verdiyi məlumata görə, Türkiyə
toplanışını başa vuran "bankir”lər Avstriyada 5 yoxlama görüşündə qüvvələrini
sınayacaqlar.
"İnter”in
ilk rəqibi Macarıstan təmsilçisi "Xaladaş” olacaq. Bu görüş iyunun 17-nə
planlaşdırılıb. İki gün sonra isə Azərbaycan Premyer Liqasının gümüş
mükafatçısı Avstriyanın "Şturm Qrats” kollektivi ilə üz-üzə gələcək. Dİgər 3
komanda ilə bağlı hələ ki, son qərar verilməyib.
Nikolov hələ də istədikləri futbolçuları tapa bilmədiklərindən gileylənməklə yanaşı, iyunun 27-dək davam edəcək toplanışın sonunadək mərkəz hücumçusu və müdafiəçisi ilə anlaşacaqlarını da qeyd edib: "Təəssüf ki, hələ də axtarışlarımız heç bir bəhrə verməyib. "Den Boş”dan sıralarımıza qatdığımız müdafiəçi ilə bağlı da hələ ki, son qərarı verməmişik. Türkiyə toplanışının son günündə o, yüngül zədə alıb. Ancaq qorxulu bir şey yoxdur. Sadəcə, istəyirik ki, daha bir mərkəz müdafiəçisi dəvət edib, ona rəqabət yaradaq və hansı güclü olsa, həmin futbolçu ilə da müqavilə imzalayaq. Mərkəz hücumçusu isə heç kim təklif etmir. Hər halda Avstriya toplanışının sonunadək bu iki boşluğu aradan qaldırmalıyıq”.