ABŞ-ın 19 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu posta vaxtilə Azərbaycanda oynamış Marko Mitroviç gətirilib.
44 yaşlı serbiyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Marko Mitroviç 2005/2006 mövsümündə "Şüvəlan" komandasının formasını geyinib.