Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya karyerasını yenidən Portuqaliyada davam etdirə bilər.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, "Benfika" 34 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Argentinalı oyunçunun Paris təmsilçisi ilə müqavilə mövsümün sonunda başa çatacaq.
Qeyd eedək ki, 2015-ci ildən PSJ-də çıxış edən Anxel Di Mariya 2007 - 2010-cu illərdə "Benfika"nın formasını geyinib.