Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" klubu Portuqaliya Kubokunda finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, komanda yarımfinalın cavab oyununda "Mafra" ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matça start heyətdə başlayan Dadaşov 55-ci dəqiqə Marcelo Alves Santosla əvəzlənib.
İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn "Tondela" tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici görüşdə "Portu" - "Sportinq" cütünün qalibi ilə üz-üzə gələcək. Lissabondakı ilk oyunda "Portu" qələbə qazanıb - 2:1.
Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.