"Zirə" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, qonaqların baş məşqçisi Samir Abasov tribunadakı azarkeşlə dialoqa girib.
Fanat 44 yaşlı mütəxəssisə "Kuboku götürməliyik, başqa yolumuz yoxdur" deyib. Abasov isə əvəzində "Hər şey əladır, narahat olma" deyib. Sonda tərəfdar baş məşqçiyə uğurlar arzulayıb.
Qeyd edək ki, matç qolsuz bərabərliklə başa çatıb. Komandalar arasındakı cavab görüşü aprelin 29-da "Bakcell Arena"da keçiriləcək.