Almaniyanın "Leyptsiq" klubunda çıxış edən Dani Olmo karyerasını İspaniyada davam etdirə bilər.
Sportnet.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Kataloniya təmsilçisinin yetirməsi olan Olmo 7 il klubun gənclərdən ibarət komandalarında çıxış edib. İspaniya millisinin üzvü ilə İngiltərə "Mançester Yunayted"i də yaxından maraqlanır.
Qeyd edək ki, Dani Olmo cari mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.