Premyer Liqanın XXIV turunun “Sumqayıt” - “Zirə” oyunundan öncə qonaqların futbolçusu Ağabala Ramazanova "200" nömrəli forma təqdim olunub.
Sportnet.az xəbər verir ki, 29 yaşlı hücumçunun ölkə çempionatındakı 200-cü oyunu ötən tura təsadüf edib.
"Qartallar"ın “Səbail”lə 23-cu turdakı ev matçı (2:1) təcrübəli forvard üçün yubileylə əlamətdar olub. Ramazanov bu görüşlərdə 37 qola imza atıb.