Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, "Ferentsvaroş" sona 4 tur qalmış titula sahib çıxıb.
Stanislav Çerçesovun baş məşqçi olduğu komanda XXIX turda evdə "Uypeşt"ə 2:1 hesabı ilə qalib gəlib və xallarının sayını 62-yə çatdırıb.
49 xalla 2-3-cü yerləri bölüşdürən "Kişvarda" və "Puşkaş Akademiya"sının liderə çatmaq üçün riyazı şansı qalmayıb.
Qeyd edək ki, "Ferentsvaroş" tarixində 33 dəfə ölkə çempionu adını qazanıb. Komanda növbəti mövsüm UEFA Çempionlar Liqasında səpələnmişlər səbətində yer alacağından, I təsnifat mərhələsində Azərbaycan təmsilçisi ilə qarşılaşmayacaq.