İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçu buna İngiltərədə "Mançester Siti"yə 3:4 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.
Fransalı forvard bir mövsümdə səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. Benzema İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etmişdi.
Qeyd edək ki, Kərim Benzema cari mövsüm Madrid təmsilçisinin heyətində 41 oyuna çıxıb, 41 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Real Madrid" və "Mançester Siti" komandaları arasındakı cavab görüşü mayın 4-də olacaq.