 
İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.
Spornet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsini qadağa qoyub.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    





















































