
"Zirə" klubunun qapıçısı Mehdi Cənnətov zədələnib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı qolkiper "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyununda xəsarət alıb.
Cənnətov rəqibin 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı sıradan çıxıb. Azərbaycan millisinin üzvü matça davam edə bilmədiyi üçün ikinci hissədə Anar Nəzirovla əvəzlənib.
Qeyd edək ki, hazırda "Qəbələ" 2:0 hesabı ilə öndədir.