
Futbol üzrə Yunanıstan Super Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, XXX turdan təxirə salınmış oyunda PAOK-a 2:1 hesabı ilə qalib gələn "Olimpiakos" vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
32 turdan sonra aktivində 76 xalı olan Pirey təmsilçisi ən yaxın izləyicisi olan Saloniki klubunu 16 xal qabaqlayır. PAOK-un son 4 turda xal fərqini aradan qaldırması mümkün deyil.
Qeyd edək ki, ardıcıl 3-cü, ümumilikdə isə 47-ci dəfə Yunanıstan çempionu olan "Olimpiakos"da "Neftçi"nin sabiq futbolçusu Mamadu Kane də çıxış edir.