Azərbaycan I Liqasında XXVII turun mərkəzi oyununda "Mingəçevir" və "Səbail" komandaları üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb- 4:1.
Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Elmin Bayramov açıb. 29-cu dəqiqədə Elçin Mustafayev fərqi artırıb.
42-ci dəqiqədə Qurban Səfərov "Səbail"in oyunda yeganə qolunu vurub. Qonaqlar ikinci hissədə bərabərlik qoluna imza atmağa müvəffəq ola bilməyiblər Əvəzində Əkbər Əyubov 53-cü, Kənan Quliyev isə 90+2-ci dəqiqədə penaltidən fərqlənəcək, "Mingəçevir"in inamlı qələbəsini təmin edib.
Qonaqlar isə 77-ci dəqiqədə Fəxri Məmmədli və 85-ci dəqiqədə Lətif Rzayevin qırmızı vərəqə almaları üzündən oyunu 9 nəfərlə başa vurub.
Beləliklə, bu qələbə ilə xalını 51-ə çatdıran "Mingəçevir" 2-ci pilləyə yüksəlib və Premyer Liqada 11-ci yeri tutmuş "Qəbələ"yə pley-off oyununda rəqib olub. 50 xala malik "Səbail" isə 3-cü pillədə enib və elitaya qayıdış şansını itirib.















































































