
Bakıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun təsis etdiyi "My Class" fitnes klubu fəaliyyətə başlayıb.
Sportnet.az Kiçik və Orta Biznesin Sahibkarlığı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, obyektin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin sədr müavini Adil Əliyev, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən O.Məmmədov qlobal miqyasda gəlirli sektorlardan olan sağlamlıq biznesinin Azərbaycanda da inkişaf etdiyini, bu sahədə xeyli sayda KOB subyektinin fəaliyyət göstərdiyini qeyd edib.
Vurğulanıb ki, Agentlik sahənin inkişafını və yeni sahibkarlıq obyektlərinin yaradılmasını KOBİA-nın dəstək və xidmətləri çərçivəsində dəstəkləməkdə davam edəcək.