UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Şotlandiya "Reyncers"indən Ceyms Tavernye, İngiltərənin "Vest Hem" klubundan Deklan Rays, Almaniya "Leyptsiq"indən Kristofer Nkunku və "Ayntraxt" (Frankfurt) komandasından Evan N Dika iddia edir.
UEFA Konfrans Liqasında İtaliya "Roma"sından Temmi Abraham, İngiltərə "Lester"indən Vesle Fofana, Fransanın "Marsel" klubundan Luan Peres və Niderland "Feyenoord"undan Gernot Trauner namizəddir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Avropa Liqasının finalında "Reyncers" "Ayntraxt"la, Konfrans Liqasının həlledici matçında isə "Roma" "Feyenoord"la üz-üzə gələcək.