İtaliyanın "Roma" və Şotlandiyanın "Reyncers" komandaları uzun müddətdən sonra avrokubokların finalına vəsiqə qazanıblar.
Sportnet.az-ın məlumatına görə, "canavarlar" 31, britaniyalılar 14 ildən sonra buna nail olublar.
"Roma" UEFA Konfrans Liqasının yarımfinal mərhələsində İngiltərə "Lester"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 1:1, 1:0. Paytaxt klubu son olaraq 1991-ci ildə UEFA Kubokunun (hazırkı Avropa Liqası) finalında "İnter"ə uduzub.
"Reyncers" UEFA Avropa Liqasının yarımfinalında Almaniya "Leyptsiq"indən güclü olub - 3:1, 0:1. Britaniyalılar 2008-ci ildə UEFA Kubokunun finalında Rusiyanın "Zenit" komandası ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, "Reyncers" mayın 18-də finalda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə, "Roma" isə mayın 25-də Niderland "Feyenoord"u ilə ilə üz-üzə gələcək.