"AZAL bu gün daha istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov AZAL-a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra deyib.
Komandasının zəif çıxış etdiyini söyləyən Məmmədov bundan nəticə çıxarmalı olduqlarını vurğulayıb: "Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”.