
"Qəbələ" klubu Sloveniyadakı hazırlıq prosesi çərçivəsində bu gün ilk məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, komandaya rəhbərlik məşqçi Sənan Qurbanova həvalə olunub.
Hazırlıq prosesində komanda əsasən topsuz çalışmalar yerinə yetirib. "Qəbələ" hazırlığını gündəlik 2 məşqlə davam etdirəcək. Düşərgədə yer almayan Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Daniel Subotiç və Viktor Mendi iyunun 15-də heyətə qoşulacaq. Elə həmin gün "qırmızı-qaralar" Sloveniyada ilk sınaq oyununa çıxacaq. Azərbaycan klubu Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa" ilə qarşılaşacaq.