"Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov istefa verib. O, istefa ərizəsini klub prezidentinə martın 12-də təqdim edib.
Klubun prezidenti Hafiz Məmmədov "Qafqazinfo”ya açıqlamasında Yaşar Seyidovun istefasını dünən qəbul etdiyini bildirib: "Yaşar Seyidov artıq "Bakı”dan ayrılıb. O, martın 12-də istefa ərizəsini yazıb. Biz də bunu qəbul etdik”.