"Qarabağ"ın futbolçusu Filip Ozobiçin Azərbaycan millisinə dəvət almamasının səbəbi bəlli olub.
Sportnet.az xəbər verir ki, Xorvatiya əsilli yarımmüdafiəçi belindəki ağrılara görə yığmaya çağırılmayıb.
Zədədən əziyyət çəkən 31 yaşlı oyunçu məşqçilər heyətinə UEFA Millətlər Liqasının iyundakı oyunlarında yığmaya kömək edə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.