Türkiyənin "Ankaragücü" klubu "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ilə vidalaşıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Super Liqasına vəsiqə qazanan komanda 25 yaşlı hücumçu ilə yanaşı, daha 10 oyunçu ilə yola davam etməməyi qərara alıb.
Klub həmin futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Ankaragücü"nün formasını geyinmiş Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, Türkiyə I Liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.