"Qazaxıstanla matçdan sonra sonra fərqlənmək istəyirdim. Amma bəxtim gətirmədi".
Sportnet.az-ın məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Lukaş Qaraslin Bakıda Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi qələbə qazandıqları üçün məmnun olduğunu bildirib. Oyunçu komandasının Qazaxıstan məğlubiyyətindən sonra özünü tez bərpa etdiyini söyləyib.
Qeyd edək ki, Lukaş Qaraslin Azərbaycan yığması görüşün 85-ci dəqiqəsində topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.