"Barselona" futbolçusu Serxi Robertonun müqaviləsini uzadıb.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yeni sözləşmə 2023-cü il iyunun 30-dək qüvvədədir.
Təzminatın məbləği 400 milyon avro təşkil edib.
Xatırladaq ki, Kataloniya təmsilçisinin yetirməsi olan Roberto 2010/11 mövsümündə əsas komandada debüt edib.