"Səbail"lə anlaşan kot d ivuarlı futbolçu Qoba Zakpa Kiprin "Etnikos" klubu ilə vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı forvard bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.
Təcrübəli forvard çox sevdiyi ölkəni və komandanı tərk etdiyi üçün kədərləndiyini yazıb. O, klub rəhbərliyinə, məşçilər heyətinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2020-ci ildən "Etnikos"da çıxış edən Qoba Zakpa 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir. Afrikalı hücumçu daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.