
Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçi olduğu komanda Belarus "Kolos"u ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionundakı qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Məhəmməd Xəlilov, 30-cu dəqiqədə Rəşad Həmidov vurub. Qonaqlarda isə 5-ci dəqiqə Mikalai Hurnoviç, 31-ci, 61-ci və 77-ci dəqiqələrdə Slarhei Lizunou, 72-ci dəqiqədə Dzianis Simançuk, 86-cı dəqiqədə isə Mixail Karatkeçiv fərqlənib.
Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.
----------------------------------------------
Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, rəqib yenə Belarusun "Kolos" komandası olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlanacaq.
Region Kuboku
26 iyun
16:00. "Cəbrayıl" - "Kolos" - 2:6
Qollar: Məhəmməd Xəlilov, 10. Rəşad Həmidov, 30 - Mikalai Hurnoviç, 5; Slarhei Lizunou, 31. 61. 77 (p); Dzianis Simançuk, 72. Mixail Karatkeçiv, 86.
Hakimlər: David Smayts, David Qabrovets (hər ikisi Sloveniya), Paskal Hirtsel, Luka Sibelli (hər ikisi İsveçrə)
Şamaxı şəhər stadionu
Bu komandalar arasındakı ilk matçda “Kolos” qalib gəlib - 2:1. "Cəbrayıl" növbəti mərhələyə yüksəlmək üçün bugünkü görüşünü qələbə ilə başa vurmalıdır.
Qeyd edək ki, ilkin mərhələnin I qrupunda Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları çıxış edir. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.