
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci matçında Rumıniyanın "Universitatya Krayova" komandası ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 16-cı dəqiqədə cərimə zərbəsindən Filip Ozobiç açıb. 36-cı dəqiqədə isə Ağdam təmsilçisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin kobud səhvindən sonra Andrey İvan bərabərlik qolunu vurub.
Qeyd edək ki, "Qarabağ" günün ilk matçında Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də üstünlüyünü əldən verib - 2:2.
----------------------------------
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşıb. "Koru" otelin meydançasında baş tutan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qarşılaşmada hesabı "Zirə" açıb. Hamidu Keyta 25-ci dəqiqədə fərqlənib. İlk hissə Azərbaycan təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, rəqib ikinci yarıda geri dönüş edərək, qələbə qazanıb.
Qeyd edək ki, "Zirə"nin Bolu toplanışında daha 2 yoxlama oyunu nəzərdə tutulub.
----------------------------------------
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın bu günə nəzərdə tutulan 2 yoxlama matçından biri başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Holştayn Kiel" komandası ilə üz-üzə gələcək. "St. Ulrix" stadionunda baş tutmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk yarıda "Qarabağ" Ramil Şeydayevin 29-cu və penalti ilə 44-cü dəqiqələrdə vurduğu qollarla önə çıxıb. Lakin fasilədən sonra "Holştayn" bərabərliyi təmin edib.
Qeyd edək ki, toplanışın və günün son matçında rəqib Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. "Yenbax" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
"Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın "Botoşani" komandasını darmadağın edib - 4:0.
Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" isə ilk sınağına çıxacaq. "Qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Yoxlama oyunları
29 iyun
14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya) - 2:2
Qollar: Ramil Şeydayev, 29; 44-pen. - Filipp Sander, 56. Kvasi Okyere, 76-pen.
"St. Ulrix" stadionu
20:30. "Qarabağ" - “Universitatya Krayova” (Rumıniya) - 1:1
Qollar: Filip Ozobiç, 16 - Andrey İvan, 36
"Yenbax" stadionu
18:00. "Zirə" - "Hermanştadt" (Rumıniya) - 1:2
Qol: Hamidu Keyta, 25
Bolu