
Belçika millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku "İnter"ə keçidini tamamlamaq üçün İtaliyaya uçub.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
O bildirib ki, 29 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi 1 illik icarə müqaviləsinə imza atacaq.
Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən mövsümün əvvəlində məhz "İnter"dən keçmişdi.