
"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın "Fehervar" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, klub "Zalaeqerseq"dən Nikola Serafimovu transfer edib.
22 yaşlı mərkəz müdafiəçisi avrokubokda mübarizə apardığı üçün "Fehervar"ı seçdiyini söyləyib. Şimali Makedoniya millisinin üzvü Konfrans Liqasında qrup mərhələsinədək irəliləmək istədiklərini bildirib.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.